RU

"Gözlənilməz məğlubiyyət oldu" - Nəcəfov yenilginin səbəbini dedi

1-ci Liqanın 23-cü turunda çempionluq uğrunda mübarizə aparan "Baku Sportinq" Şamaxıda gözlənilmədən debütant "Şimal"a məğlub oldu. Bu qələbə sayəsində xal hesabını 15-ə çatdıran "Şimal" son pillədən qurtuldusa, 41 xala malik Buzovna təmsilçisi 4-cü yerə düşdü. "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb yenilginin səbəblərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Gözlənilməz məğlubiyyət oldu. Əlbəttə ki, qələbəyə köklənmişdik. Əslində, yaxşı oynadıq, yetərincə qol epizodu yaratdıq. Saysız-hesabsız qol imkanlarını boşa verdik. Təəssüf ki, bu fürsətlərin heç birindən yararlana bilmədik. Rəqib isə belə desək, bir yarımfürsətdən faydalandı və hesabı qorumağı bacardı. Son oyunlarda realizasiya baxımından problem yaşayırıq. Təbii, epizodları qola çevirmək üçün soyuqqanlılığı qorumaq çox önəmlidir. 

"Şimal"la matçda idman xoşbəxtliyi tərəfimizdə olmadığı üçün uduzduq".

Toğrul

Избранный
30
1
fanat.az

2Источники