RU

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib - FOTO

5 iyun – Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərə töhfə vermək məqsədilə Müşfiqabad qəsəbəsi ərazisində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

Ümumilikdə 200-dən artıq iştirakçının qatıldığı tədbirdə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın keçirilməsində əsas məqsəd yaşıllıq sahələrinin genişləndirilməsini təşviq etmək, ətraf mühitin mühafizəsinə ictimai diqqəti artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramı tərəfindən hər il təşkil olunan Ümumdünya Ətraf Mühit Gününə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bu mühüm hadisə ölkəmizin ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, COP29 nəticələrinin təşviqinə və Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə sinerjinin gücləndirilməsinə xidmət edəcək.

Избранный
67
ekologiya.az

1Источники