"Qarabağ” Futbol Klubu Türkiyənin qida sektorunda fəaliyyət göstərən tanınmış brendlərindən biri olan “ÜLKER” ilə tərəfdaş olub.
Hit.az saytının xəbərinə görə, yeni razılaşmaya əsasən, bu mövsümün sonuna kimi tərəfdaş şirkətin loqosu komandanın oyun formalarının qol hissəsində yer alacaq.
Qeyd edək ki, Türkiyənin tanınmış brendinin Azərbaycandakı rəsmi distribütoru "Azersun Holdinq"dir.