RU

Çernobıl faciəsinin 40-cı ildönümünə həsr olunmuş ictimai müzakirə keçirilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Milli QHT Forumunun “Çernobıl Əlilləri İttifaqı”İctimai Birliyi ilə birgə Çernobıl faciəsinin 40-cı ildönümünə həsrolunmuş ictimai müzakirə təşkil edilib.

Trend xəbərverir ki, tədbirdə Çernobıl qəzasının nəticələrinin ləğvindəiştirak etmiş şəxslər və onların ailə üzvləri, vətəndaş cəmiyyətinümayəndələri iştirak edib.

Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli Çernobılfaciəsinin bəşəriyyət üçün ağır nəticələrindən bəhs edib,Azərbaycan vətəndaşlarının bu fəlakətin nəticələrinin aradanqaldırılmasında göstərdiyi fədakarlığı xüsusi vurğulayıb.

“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri MirhəsənHəsənov qeyd edib ki, 1986-cı ildə baş vermiş qəza minlərlə insanınhəyatına ciddi təsir göstərib, Azərbaycandan 8500 nəfər qəzanınnəticələrinin ləğvinə cəlb olunub, onların bir çoxunun sağlamlığınaciddi ziyan dəyib. M.Həsənov Çernobıl əlillərinin sosial müdafiəsiistiqamətində görülən işlərə toxunub, bu məsələlərin həllolunmasında Ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət vəqayğını xüsusi qeyd edib. Bildirib ki, ilk dəfə Naxçıvan MR-daÜmummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Çernobıl qəzasındasağlamlığına ziyan dəymiş şəxslərin əlilliyinin ömürlük təyinedilməsi barədə qərar qəbul edilib. Daha sonra Ümummilli liderinhakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə qəbul edilənqanunlar bu sahədə mühüm rol oynayıb, Çernobıl qəzasındasağlamlığına ziyan dəymiş şəxslərin sosial hüquqları tanınıb.Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısınəticəsində artıq Çernobıl əlilləri də dövlət tərəfindənmənzillərlə təmin edilir, onlar Prezident təqaüdü və pensiyaalırlar.

Azərbaycan Milli QHT Forumunun İH üzvü Zaur İbrahimlininmoderatorluğu ilə müzakirələrdə gənc nəslin Çernobıl qəzası vəqəzanın ləğvində iştirak etmiş şəxslərin qəhrəmanlığı, bununlaəlaqədar azərbaycanlıların bəşəri təhlükənin aradan qaldırılmasındarolu haqqına maarifləndirilməsi, hazırda daha çox aktuallasan nüvəqəzaları təhdidlərinə qarşı ictimai təşəbbüslər, sosial müdafiəməsələləri müzakirə edilib.

Daha sonra “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədriMirhəsən Həsənova Çernobıl faciəsi qurbanlarının xatirəsininyaşadılması və bu qəza nəticəsində əlil qalan şəxslərinhüquqlarının qorunması üçün gördüyü işlərə, bu istiqamətdəuzunmüddətli ictimai fəaliyyəti və cəmiyyətin maarifləndirilməsinəverdiyi töhfələrə görə təşəkkürnamə ilə təltif olunub.

Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Çernobıl
Избранный
71
az.trend.az

1Источники