“Yuventus”un hücumçusu Duşan Vlahoviç yayda komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, serbiyalı forvard klubla yeni müqavilə barədə razılığa gələ bilməyib. Onun azad agent kimi “Milan”a keçidi gözlənilsə də, “Bavariya” variantı da gündəmdədir.
26 yaşlı hücumçu bu mövsüm 18 oyunda 6 qol və 2 assistlə çıxış edib. Onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.