İran xarici işlər naziir Abbas Əraqçinin kiçik bir nümayəndə heyəti ilə İslamabada gedəcəyi və ABŞ ilə sülh danışıqlarının keçiriləcəyi gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, “Reuters” yazıb. Agentliyin mənbəyinə görə, ABŞ-nin logistika və təhlükəsizlik qrupu artıq İslamabaddadır.
Pakistan hökumət mənbələri BBC-yə təsdiqləyiblər ki, iranlı nazirin İslamabada gələcəyi gözlənilir. ABŞ-İran danışıqlarının ikinci mərhələsinin bu həftə Pakistanın paytaxtında keçirilməsi planlaşdırılırdı.
Mediada yayılan məlumatlara görə, ABŞ-ın vitse-prezidenti J.D. Vens İslamabada uçmağa hazırdır.