RU

Əraqçi Pakistandan dərhal sonra bu iki ölkəyə səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçı regionda gərginliyin artdığı bir vaxtda mühüm diplomatik tura çıxır.

Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.

Nazir aprelin 24-ü, cümə günü axşam saatlarından etibarən Pakistan, Oman və Rusiyanı əhatə edən səfərlər seriyasına başlayır.

Səfər proqramına əsasən, Əraqçının ilk dayanacağı İslamabad olacaq. Daha sonra o, Maskat və Moskvada ikitərəfli məsləhətləşmələr aparacaq.

Görüşlərin əsas mövzusu Yaxın Şərqdəki mövcud vəziyyət, regionda artan gərginlik, eləcə də ABŞ və İsrailin Tehrana qarşı yürütdüyü siyasət və qarşıdurma riskləri olacaq. Əraqçının Moskva səfəri çərçivəsində regional təhlükəsizlik məsələlərini xüsusi diqqət mərkəzində saxlayacağı gözlənilir.

Избранный
31
publika.az

1Источники