RU

Fizika, tarix və coğrafiya fənləri üzrə olimpiadanın final turunun yekun nəticələri açıqlanıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Fizika, tarix və coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edilib.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələrlə tanış ola bilərlər. Biologiya fənni üzrə ilkin nəticələrin növbəti həftə ərzində elan olunması planlaşdırılır. Fizika fənni yuxarı yaş qrupu üzrə I və II yer, aşağı yaş qrupu üzrə isə I yerin sahibi olan şagirdlər aprelin 25-i saat 09:00-da Təhsil Texnologiyalar Mərkəzində (Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 109) keçiriləcək Beynəlxalq Fizika Olimpiadasının seçmə imtahanında iştirak edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
4
azertag.az

5Источники