RU

Heç kim İranı nə daş dövrünə, nə də qaranlığa qərq edə bilməz Polkovnik

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrailin İrana qarşı növbəti zərbələri, əgər ABŞ tərəfindən təsdiqlənərsə, enerji obyektlərini hədəf alacaq və bu, İslam Respublikasını “qaranlıq və daş dövrünə” qaytaracaq.

İsrailin müdafiə nazirinin sözlərini Redaktor.az-a şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, İsrail çalışır ki, İrana qarşı döyüş əməliyyatları bərpa olunsun və onlar səbirsizliklə Amerikanın razılığını gözləyirlər:

"İndi Amerika hansı razılığı verəcək, deyə bilmərəm, proqnoz vermək çətindir. Amma ola bilsin ki, yenə də lokal xarakterli hansısa toqquşma baş versin. Çünki tərəflər arasındakı danışıqlar prosesi bir neçə günlük dondurulub. Bu gün sonuncu günü idi, amma dondurulub. Guya Amerika İrana daha bir neçə gün vaxt verib ki, həmin o razılaşma əldə olunsun. Razılaşma əldə olunacaq-olunmayacaq, onu heç kim deyə bilməz. İsrailin müdafiə naziri İsrail Katzın “İranı qaranlıq və daş dövrünə qaytaracayıq” fikri ABŞ Prezidenti Donald Trampın xoşuna gəlmək üçün deyilib. Həm İsrail Baş naziri Binyamin Netanyahu, həm də İsrail Katz bu fikirlərdən istifadə edirlər. Amma heç kim İranı nə daş dövrünə, nə də qaranlığa qərq edə bilməz. 28-i düz 2 ay olacaq ki, müharibə davam edir".

Polkovnik vurğuladı ki, hər üç dövlət iqtisadi, siyasi, hərbi cəhətdən zəifləyib:

"Amma artıq finişdir, yoxsa deyil, bunu deyə bilmərəm. Bəzən İsrail tərəfi həddindən artıq faktları şişirdir, yəni Trampı bəzi radikal addımlara vadar etmək üçün həddindən artıq rəngləri tündləşdirir. Ona görə də İsrailin müdafiə naziri, mənə elə gəlir ki, həm də İrana psixoloji təzyiq göstərir.

Dünən ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felan istefa verdi. İndi Tramp deyir ki, o, ola bilsin ki, o, yenidən administrasiyanın hansısa bir qolunda təmsil olunsun, amma həmin o hərbi dəniz nazirinin müdafiə naziri Pit Heqsetlə çox böyük konflikti var".

Üzeyir Cəfərov sonda vurğuladı ki, hər üç tərəf müharibəyə hazırlaşır:

"Yenə də ola bilsin ki, lokal toqquşma baş versin, amma bunun genişmiqyaslı toqquşmaya çevriləcəyini düşünmürəm".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
redaktor.az

2Источники