ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerikalı milyarder İlon Mask “Tesla” şirkəti tərəfindən hazırlanmış “Cybercab” robot taksilərinin istehsaının başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsinndə məlumat verib.
“Cybercab istehsala başladı”, - deyə o, bildirib.
Qeyd edək ki, Mask “Cybercab” robot taksisini 2024-cü ilin oktyabr ayında təqdim edib. O qeyd edib ki, nəqliyyat vasitələri tam avtonom olacaq - sürücü üçün idarəetmə vasitələri ilə təchiz olunmayacaq. Maskın sözlərinə görə, sahibkarlar üçün bir robotaksinin qiyməti 30 000 dollar təşkil edəcək. İstifadəçilər isə hər mil (1,6 km) üçün təxminən 30-40 sent ödəyəcəklər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.