RU

Mənzillər bu halda ucuzlaşa bilər AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kirayə mexanizmi ilə satışa çıxarılan 237 mənzil bazarda müəyyən qədər alternativ yaratsa da, bu sayın ümumi mənzil fonduna nisbətdə hələ ki, ciddi çəkisi yoxdur. Buna görə də bu addımın qiymət artımını tam dayandırmaqdan çox, müəyyən seqmentdə nisbətən balanslaşdırıcı rol oynayacağı gözlənilir.Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, 237 mənzilin bu gün bazara çıxarılması ümumi daşınmaz əmlak bazarına ciddi və hiss olunan təsir göstərmir:“Bu tip layihələrin adətən özünəməxsus hədəf auditoriyası olur və həmin mənzillər daha çox müəyyən sosial və ya maliyyə kriteriyalarına uyğun alıcılara yönəlir. Bu səbəbdən də bazarda normadan artıq təklifin formalaşmasına və ya kəskin qiymət dəyişikliklərinə gətirib çıxarmır. Coğrafi baxımdan isə təsir daha lokal xarakter daşıyır. Yəni həmin mənzillərin yerləşdiyi ərazi və onun ətrafında qısa müddətli və məhdud qiymət dəyişiklikləri müşahidə oluna bilər. Lakin bu təsir ümumi bazar dinamikasına ciddi şəkildə sirayət etmir. Bazarın əsas qanunauyğunluğu ondan ibarətdir ki, nə qədər çox daşınmaz əmlak tikilərək bazara daxil olarsa, ümumi mənzil fondu genişlənir. Nəticədə qiymətlər daha stabil və balanslı olur. Təklifin artması uzunmüddətli perspektivdə qiymət artımının qarşısını alan əsas amillərdən biridir”. Görünən odur ki, mənzil bazarında real ucuzlaşma üçün təkcə dövlət layihələri deyil, həm də kütləvi tikinti işlərinin miqyası genişlənməlidir. Hazırkı mərhələdə bu satışlar yalnız müəyyən bir qrupun mənzil ehtiyacını qarşılayan balanslaşdırıcı vasitə rolunu oynayır.Qısası, dövlətin kirayə öhdəliyi ilə satışa çıxardığı mənzillər hələlik bazar qiymətlərini aşağı salmaq üçün kifayət etmir, sadəcə məhdud sayda ailənin ev sahibi olmasına kömək edir.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
demokrat.az

1Источники