RU

“Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar” liseyinin 3 şagirdi fizika və coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarında (RFO) böyük uğura imza atıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, liseyin IX sinif şagirdi Məhəmməd Abdulla coğrafiya fənni üzrə gümüş medala, XI sinif şagirdi Yusif İbrahimzadə və IX sinif şagirdi Ayxan Məmmədli fizika fənni üzrə bürünc medala layiq görülüblər.

Yusif İbrahimzadə ötən il RFO-da fizika fənni üzrə gümüş medal qazanıb.

 

Избранный
13
1
azertag.az

2Источники