Türkiyənin "Sivasspor", "Beşiktaş", "Karabükspor", "Başakşehir" və "Manisaspor" klublarının keçmiş hücumçusu Maykl Eneramo ürəktutması nəticəsində dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, 40 yaşlı sabiq futbolçunun ölümü idman ictimaiyyətini dərindən sarsıdıb.
Türkiyədəki karyerasına 2010-2011-ci illər mövsümündə "Sivasspor"la başlayan nigeriyalı forvard, qısa müddətdə sərgilədiyi oyunla yadda qalmağı bacarmışdı.
O, qardaş ölkənin müxtəlif klublarında çıxış etdiyi ümumilikdə 147 rəsmi qarşılaşmada 45 dəfə rəqib qapılarına yol tapmışdı.
Təcrübəli hücumçunun vaxtsız vəfatı ilə bağlı karyerası boyu formasını geyindiyi klublar tərəfindən başsağlığı mesajları yayımlanır.
![]()
Musavat.com