RU

"Mənə belə sual verməyin, anam baxır" - VİDEO

Müğənni İlqar Xəyal dəvət aldığı verilişlərə şərt qoyub. 

İfaçı bu haqda "Gün ortası" verilişində danışıb.

Bildirib ki, aparıcılardan ona qalmaqallı suallar verilməsinə qadağa qoyub:

"Bu yaxınlarda eşitdim ki, verilişə gələndə müğənnidən xahiş edirlər ki, kiməsə söz atsın. Qarşı tərəf ona cavab versin və o da küsüb efiri tərk etsin. Bu da söz-söhbətə səbəb olsun, reytinq yüksəlsin. Mən isə verilişə gələndə xahiş edirəm ki, belə suallar verməyin. Mənə evdə anam, ailəm, uşaqlarım, xalq baxır. Bizim dünya görüşümüzə, əqidəmizə, ruhumuza yaraşmır. Bəzi konsertlərdə səhnələr qurulur. Bunlar normaldır". (Axşam.az)

Избранный
45
8
musavat.com

9Источники