RU

Rusiya Ukraynanın itkilərini açıqladı -1521-ci gün

Rusiya müharibənin 1521-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 137 266 PUA-sı, 656 zenit-raket kompleksi, 29 035 tank və digər zirehli texnikası, 1 709 reaktiv yaylım atəş sistemi, 34 594 artilleriya və minaatanı, 60 079 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
16
15
ikisahil.az

10Источники