RU

Toyda bacısına yaxınlaşan oğlanı döydü Təfərrüat

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Goranboyda toy məclisində baş verən mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən şadlıq sarayında baş verib.2005-ci il təvəllüdlü Xalid şadlıq sarayında keçirilən qohumunun toy mərasimində iştirak edib. Həmin toyda iştirak edən Zahid Xalidin bacısı Süsənə (adlar şərtidir – red.) tanış olmaq və münasibət qurmağı deyib. Süsən isə bu məsələni qardaşı Xalidə deyib. Xalid isə Zahidi şadlıq sarayının zalından çıxarıb. Orada mübahisə yaradaraq Zahidin sinə nahiyyəsinə bir təpik zərbəsi vurub, onu döyüb. Xalidin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. Goranboy Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
3
demokrat.az

4Источники