RU

Hörmüz boğazını 23 apreldə səkkiz gəmi keçib

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hörmüz boğazından keçən gəmilərin sayı ikinci gün ardıcıl olaraq səkkiz gəmi səviyyəsində qalır.

Bizimyol.info xəbər verir ki, bu barədə qənaətə gəmilərin hərəkətinə dair məlumatların hesablamasından sora gəlinib.

23 aprel nəticələrinə görə, əvvəlki gün kimi, Hörmüz boğazından səkkiz gəmi keçib. Gəmilərin keçidi hər iki istiqamətdə təxminən eyni sayda olub.

ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlayıb. 7 aprel tarixində ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 aprel tarixində Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, bir sıra fərqliliklər səbəbindən uzunmüddətli sülh sazişi üzrə razılıq əldə edilməyib. 13 aprel tarixində isə ABŞ hərbçiləri İranın dəniz yollarında blokada tədbirlərinə başlayıb. 21 aprel tarixində ABŞ prezidenti İranla atəşkəs rejiminin uzadıldığını açıqlayıb.

Buna baxmayaraq, İranın dövlət televiziyası xəbər verib ki, Tehran Vaşinqton tərəfindən bir tərəfli elan olunan atəşkəsin uzadılmasını tanımayacaq və öz maraqları çərçivəsində hərəkət edəcək.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
icma.az

1Источники