RU

Ağcabədidə vətəndaş qəbulu: problemlər yerində dinlənilənilib, tapşırıqlar verilib - FOTO

Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmayılov tərəfindən bölgələrdə keçirilən vətəndaş qəbulları, o cümlədən Ağcabədi rayonu ərazisində təşkil olunan görüşlər, yerli problemlərin birbaşa dinlənilməsi və operativ həllinə imkan yaradıb. 

Ekologiya.az-ın xəbərinə görə, nazirin regionlara səfəri zamanı mühüm tədbirlərlə yanaşı keçirilən vətəndaş qəbulunda da yerli sakinlərin müraciətlərinin dinlənilməsi, mühüm göstəricilər ilə yanaşı, yeni idarəetmədə şəffaflıq eləcə də obyektivliyin gücləndirilməsi yönündə birbaşa xüsusi diqqət ayrılıb.

Bu istiqamətlərdə deməyə əsas verir ki, belə tədbirlər və mühüm görüşlər xüsusilə ekoloji problemlərin yerində araşdırılması, qanunsuz ekoloji fəaliyyətlərin qarşısının alınması və ətraf mühitin ciddi mühafizəsi istiqamətində daha effektiv qərarların qəbul olunmasına şərait yaratmaqdadır.

Misal olaraq Ağcabədidə keçirilən qəbulun obyektiv qiymətləndirilməsi, məhz bu yanaşmanın nəticəsi kimi geniş dəyərləndirilə bilər.

Xüsusən rayonlarımzda nazirin vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bir çox qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. Bildirək ki, həttda ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər belə aidiyyəti qurumlara göndərilib. 



Избранный
56
ekologiya.az

1Источники