RU

"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub

“Ulduz”lu görüşlər” çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid və universitetin bakalavr tələbələri iştirak ediblər.

Günel Anarqızı öz yaradıcılıq yolundan, Bakı Kitab Mərkəzinin yaranma tarixçəsi vəkitablarıninsan həyatındakı rolundan danışıb. Səmimi ovqat və polemika şəraitində keçən görüşdə Günel Anarqızı çoxsaylı suallara cavab verib.

Sonda yazıçı gənc filoloqlara avtoqrafla “Sərhədsiz səma” kitabını hədiyyə edib.

Tədbirin sonunda mərkəzin əməkdaşı Leyla Əsgərova tələbələri Bakı Kitab Mərkəzinin bölmələri ilə tanış edib və onları həftənin sonunda kitab endirimlərindən yararlanmağa çağırıb.

Избранный
34
2
kulis.az

3Источники