RU

Gəncə ŞİH-də araşdırma aparılması məlumatı təsdiqini tapmadı -

Mətbuatda Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və yanlış məlumatlara əsaslanıb.Metbuat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Qeyd edilib ki, dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılması yolverilməz hesab edilir:"Bəyan edirik ki, "Media haqqında" qanununun müvafiq maddəsinə əsasən, saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir. Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq".*** 23 aprel 12:09 ***Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmaya başlayıb.Metbuat.az xəbər verir ki, bu barədə məlumatı APA yayıb. Bildirilib ki, Hesablama Palatasının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır.Xatırladaq ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb. Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.Yoxlama aparılan icra hakimiyyətinin başçısı kimdir?Gəncənin icra başçısı Niyazi Bayramovdur. O, Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı Sərəncamla bu vəzifəyə təyin olunub. Fotoda: Niyazi BayramovNiyazi Bayramovun 70 yaşı var. İcra başçısı 1956-cı il martın 26-da Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini işləyib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində çalışıb.Azərbaycan Respublikası prezidentinin 14 aprel 2012-ci il tarixli, 2173 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Niyazi Bayramov Qarabağ müharibə iştirakçısıdır, polkovnikdir.

Nazim Hüseynzadə
Metbuat.az

Избранный
46
1
metbuat.az

2Источники