RU

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 23-24-də Bakı şəhərində növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman müraciət edən şəxslərlə fərdi qaydada görüşüb, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, habelə müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial media platformaları vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
16
azertag.az

10Источники