RU

Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı İslam Yusifov nədə təqsirləndirilir?

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan proses zərərçəkmiş ifadələri ilə işini davam etdirib.

Zərərçəkmiş Kənan Əsgərov ibtidai istintaqa verdiyi ifadəni təsdiqlədiyini bildirərək təqsirləndirilənin ondan aldığı məbləğdən danışıb:

"Ona 30 min manat dəyərində maşın, əlavə olaraq nağd pul verdim. Ümumi olaraq üst-üstə ona 55 min manatdan artıq pul vermişəm. Qarşılığında ev almaq istəyəndə sənədlərinə baxmışdım, hamısı yerində idi. İslam sonra mənə Xırdalanda bir evin olduğunu və onu mənə vermək istədiyini dedi. 72 min manat qiymət qoyulan 3 otaqlı ev idi. Mənə açarları verdilər ki, ev sənindir. Müqavilə hazırladılar. Baxdım, bu sənədlərdən şübhələndim və dedim ki, belə müqavilə olmur".

İslam Yusifov zərərçəkənin dediklərinə münasibət bildirərək onun dedikləri ilə qismən razılaşdığını deyib.

Növbəti proses mayın 22-ə təyin olunub.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla birlikdə mühakimə olunur. İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir. İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atası və digər şəxslərlə birlikdə mühakimə edilib. Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Zal Yusifov cəzasını sonlandırıb azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib. Bu günə kimi o, müvafiq məhkəmə qərarını icra etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
2
avtosfer.az

3Источники