RU

Oğuzda gender bərabərliyinin təmin olunması istiqamətində işlər davam etdirilir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Oğuz, 24 aprel, AZƏRTAC

Gender bərabərliyinin təmin edilməsi müasir cəmiyyətin əsas prioritet istiqamətlərindən biri olmaqla yanaşı, insan hüquq və azadlıqlarının qorunması, sosial ədalətin təmin olunması və davamlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Oğuz Rayon İcra Hakimiyyətində təşkil edilən “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” nın həyata keçirilməsi istiqamətində aparılan müzakirələr zamanı səsləndirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Oğuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Aliyə Osmanova çıxış edərək, gender bərabərliyinin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin birgə məsuliyyəti olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi, qadın və kişilər üçün bərabər imkanların təşviqi, eləcə də mövcud stereotiplərin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır. O, diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” bu istiqamətdə fəaliyyətin daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin edir. Eyni zamanda, Oğuz rayonunda gender bərabərliyi sahəsində fəaliyyətin əlaqələndirilməsi və səmərəliliyinin artırılması məqsədilə Rayon İcra Hakimiyyəti başçısı yanında Gender bərabərliyi məsələləri üzrə Əlaqələndirmə Qrupunun yaradıldığı və bu qurumun yerlərdə gender siyasətinin icrasında mühüm rol oynadığı vurğulanıb. Həmçinin bildirilib ki, ölkəmizdə bu sahədə ardıcıl dövlət siyasəti həyata keçirilir, qəbul olunmuş qanunvericilik aktları gender bərabərliyinin hüquqi əsaslarını müəyyən edir.

Digər çıxış edənlər rayonda gender bərabərliyinin mövcud vəziyyətindən, görülən işlərdən, eləcə də Əlaqələndirmə Qrupunun rolundan və perspektivlərindən, təhsil sahəsində gender bərabərliyinin təşviqindən, maarifləndirmə tədbirlərindən və gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilən işlərdən, qadınların məşğulluğunun artırılmasından və iqtisadi fəallığının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə rayonda gender bərabərliyinin təmin olunması istiqamətdə işlərin davam etdiriləcəyi diqqətə çatdırılıb.

Müxbir - Rasim İslamoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
77
azertag.az

1Источники