RU

Tereza Ribera: Aİ əhalisinin təxminən 10 faizinin elektrik enerjisi üçün pulu yoxdur

BAKI, 24 aprel. TELEQRAF

Avropa əhalisinin təxminən 10%-i (42 milyon nəfər) elektrik enerjisi xərclərini ödəmək üçün vəsaitdən məhrumdur.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Tereza Ribera Delfi Forumunda çıxışında bildirib.

"Enerji çatışmazlığı bizim reallığımızdır. Hazırda 42 milyon Aİ sakini elektrik enerjisi xərclərini ödəyə bilmir", - deyə o bildirib.

Ribera Aİ-nin enerji böhranı ilə mübarizə aparmaq üçün alternativ enerjiyə investisiyaların artırılmasının vacibliyinə toxunub.

Избранный
25
teleqraf.com

1Источники