ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə nəzərdə tutulan Dövlət Proqramına uyğun olaraq, bəzi yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmir olunması ilə bağlı bir sıra işlər həyata keçirilir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin (NAYDA) əməkdaşı Əli İbrahimbəyli bildirib.
O deyib ki, NAYDA tərəfindən ümumi uzunluğu 94,2 kilometr olan Culfa şəhərdaxili, eyni adlı rayonda Kırna-Dizə-Gal-Şurud, Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfalıdizə-Nəhəcir kənddaxili avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.
O qeyd edib ki, bu layihə ilə bağlı cari il aprelin 23-də rəsmi tender portalında ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan olunub. Tender uğurla başa çatdıqdan sonra müvafiq podratçı tərəfindən işlərə başlanılacaq.
Müxbir - Nail Əsgərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.