Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı keçirilir.
Offsideplus.az xəbər verir ki, sərbəst güləşçimiz İslam Bazarqanov (57 kq) finala yüksəlməyi bacarıb.
O, yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.
Yarımfinala çıxmağı bacaran daha bir güləşçimiz Cəbrayıl Hacıyev isə Maqamedxabib Kadimaqamedova (UWW) 1:5 hesabı ilə məğlub olub.
O, sabah bürünc uğrunda döyüşəcək. Bazarqanovun final qarşılaşması da sabah baş tutacaq.
Qeyd edək ki, turnirə aprelin 26-da yekun vurulacaq.