Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasına yeni müstəqil üzv seçilib.
"Yeni Sabah" xəbər verir ki, şirkətin idarəetmə orqanına Orxan Bayramov müstəqil üzv kimi daxil olub.
Hazırda Direktorlar Şurasına sədrlik Tokay Əlizadəyə məxsusdur. Şuranın digər üzvü isə Vəlihəd Səfərovdur.
“AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb və ölkənin yeganə təkrarsığorta şirkəti statusunu daşıyır. Şirkətin nizamnamə kapitalı 50 milyon manatdır. Səhmlər 6 fiziki şəxsə məxsusdur, onların adları ictimai açıqlanmır.
“AzRe Təkrarsığorta” eyni zamanda “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır./Kredit..az
Telegram kanalımız