RU

Süni intellekt Meta şirkətində 8 min nəfəri işsiz qoydu

ain.az, Azpost saytına istinadən bildirir.

Cümə axşamı “Meta” şirkəti əməkdaşlarının təxminən 10 faizini, yəni 8 min nəfərə yaxın işçisini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Bu, o cümlədən süni intellektin inkişafı ilə əlaqədar texnologiya sektorunda davam edən ixtisar dalğasının növbəti mərhələsidir.

“Meta”nın kadrlar üzrə direktoru Canel Qeyl bildirib ki, şirkət bununla yanaşı, təxminən 6 min vakant yeri də bağlayır. İxtisarlar mayın 20-dən qüvvəyə minəcək.

Digər texnologiya nəhəngləri kimi “Meta” da süni intellektin inkişafına fəal şəkildə sərmayə yatırır. Şirkət ötən il data mərkəzləri və süni intellekt üçün lazım olan digər infrastrukturla bağlı kapital xərclərinə 72,2 milyard dollar yönəldib.

“Meta”nın yanvar ayında açıqlanan maliyyə hesabatına görə, bu göstəricinin cari ildə azı 115 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
5
azpost.info

6Источники