RU

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova beşinci olub - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.

"Far.Az" xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada Naemi Laystnerə (Almaniya) 2:5 hesabı ilə uduzub.

Bu gün Azərbaycanın daha bir güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Daha əvvəl isə qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub.

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Far.Az" xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Arina Demçankaya (UWW) "tuş"la qalib gəlib.

Bundan əlavə, bu gün Azərbaycanın iki güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Daha əvvəl isə qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.

Избранный
27
6
far.az

10Источники