RU

Yeməyini yedin, dur get Qanun nə deyir?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İctimai iaşə obyektlərində müştəri hüquqları ilə bağlı müzakirələr son dövrlər daha da aktuallaşıb. Xüsusilə bəzi restoranlarda tətbiq olunan vaxt məhdudiyyəti və əlavə sifariş tələbləri narazılıqlara səbəb olur. Müştərilərə müəyyən müddətdən sonra menyunu yeniləmək şərtinin qoyulması isə hüquqi baxımdan suallar doğurur. Bu kimi halların istehlakçı hüquqlarına nə dərəcədə uyğun olduğu və qanunvericiliklə necə tənzimləndiyi diqqət mərkəzindədir. Məsələ ilə bağlı vəkiı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu hal açıq şəkildə qanunsuz sayılır və istehlakçı hüquqlarının pozulması deməkdir:"Müştəri artıq sifariş verib, xidmət alırsa, ona əlavə məhsul və ya xidmətin zorla satılması yolverilməzdir. Heç bir sahibkar və ya xidmət göstərən şəxs müştərini razılığı olmadan əlavə ödənişə və ya sifarişə məcbur edə bilməz. Bu cür davranış həm qanunvericiliyə, həm də etik biznes prinsiplərinə ziddir.İstehlakçı yalnız öz istəyi ilə seçim etməli, ona təqdim olunan məhsul və xidmətlər barədə tam və aydın məlumat almalıdır".Vəkil deyib ki, əgər vətəndaş bu kimi hallarla qarşılaşarsa, öz hüquqlarını qorumaq üçün müvafiq qurumlara müraciət etmək hüququna malikdir. "Belə vəziyyətlərdə Prezident yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi-nə şikayət etmək mümkündür. Şikayət zamanı hadisənin detalları, ödəniş qəbzləri və digər sübutların təqdim olunması məsələnin daha operativ araşdırılmasına kömək edir. Bu, həm də oxşar qanunsuz halların qarşısının alınmasına və digər istehlakçıların hüquqlarının qorunmasına xidmət edir",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
demokrat.az

1Источники