RU

Araqçi İslamabada mühüm sənədlə gəldi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Araqçi Tehran və Vaşinqton arasındakı münaqişənin həlli ilə bağlı ABŞ-ın irəli sürdüyü ideyalara yazılı cavabla İslamabada gəlib. “The New York Times” (NYT) qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, bu sənəd tərəflər arasında mümkün sülh sazişinin taleyində həlledici rol oynaya bilər.

KONKRET.az xəbər verir ki, səfərin təfərrüatlarına bələd olan iki yüksək rütbəli iranlı rəsmi Araqçinin cümə günü İslamabadda olacağını və özü ilə ABŞ-ın sülh təkliflərinə dair rəsmi cavabı gətirdiyini təsdiqləyib. Nəşrin həmsöhbətləri əlavə ediblər ki, həftəsonu Araqçinin Pakistan paytaxtında ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerlə görüşəcəyi gözlənilir.

Rəsmi Tehran limanlara qoyulan blokada aradan qaldırılmayana qədər Vaşinqtonla birbaşa danışıqlar aparmayacağını bəyan etsə də, mənbələr hakimiyyət nümayəndələrinin gizli kanallar vasitəsilə Pakistanla mesaj mübadiləsi apardığını və dialoqun bərpası üçün səylər göstərdiyini bildirirlər.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
konkret.az

2Источники