Limonun tərkibindəki yüksək sitrik turşusu (limon turşusu) onu həm güclü bir təmizləyici, həm də təbii baxım vasitəsinə çevirir.
Milli.Az xəbər verir ki, limon suyu təbii ağardıcı funksiyasını yerinə yetirir. Xüsusilə ağ paltarların zamanla bozararaq rəngini itirməsinin qarşısını alır.
Tətbiqi: Paltaryuyan maşının yuyucu toz gözünə təxminən 100 ml təzə limon suyu əlavə edin. Bu, liflərə hopmuş kirləri həll edərək sintetik ağardıcılara ehtiyacı aradan qaldırır.
Rəngli və həssas parçalarda istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Ərp və yuyucu toz qalıqları paltaryuyan maşınların ömrünü qısaldan əsas amillərdir. Limonun tərkibindəki turşu maşının qazanında və qızdırıcısında (rezistans) yığılan kirəc təbəqələrini parçalamaq gücünə malikdir.
Tumlarından təmizlənmiş bir limonu ikiyə bölərək birbaşa maşının qazanına atın və ya boş halda yüksək temperaturda (məsələn, 90 dərəcə) işlədin.
Maşının içində zamanla yaranan rütubət qoxusu və qapağın rezin hissələrində (conta) toplanan kif qalıqları limonun antibakterial xüsusiyyətləri sayəsində minimuma enir.
Limon qabıqlarını bir torbanın içində yuma proqramına daxil etmək, paltarlarda süni parfümlər yerinə təbii və təravətli bir qoxu buraxır.
Lalə Qüdrətova
Milli.Az