RU

Premyerliqa: “Nottinhem Forest” “Sanderlend”ə divan tutdu VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İngiltərə Premyerliqasının 34-cü turu çərçivəsində “Sanderlend” doğma meydanda “Nottinhem Forest”i qəbul edib. Qarşılaşma qonaqların 5:0 hesablı darmadağınla başa çatan qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın 17-ci dəqiqəsində Tray Hamın öz qapısına vurduğu qol qonaqları önə keçirib. 31-ci dəqiqədə Kris Vud Morqan Gibbs-Uaytın ötürməsini qola çevirərək fərqi artırıb. Cəmi üç dəqiqə sonra Gibbs-Uayt özü hesabı darmadağın həddinə çatdırıb. Az sonra İqor Jezus meydan sahiblərinin qapısına dördüncü qolu vurub. Matça əlavə olunmuş beşinci dəqiqədə isə Elliot Anderson matçın son nöqtəsini qoyub.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Nottinhem Forest” İngiltərə Premyerliqasının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. 46 xalı olan “Sanderlend” isə 11-ci pillədədir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
103
icma.az

1Источники