ABŞ Maliyyə Nazirliyi İrana bağlı olduğu iddia edilən kriptovalyuta aktivlərinə qarşı sanksiyalar tətbiq edib və ümumilikdə 344 milyon dollar dəyərində vəsaiti dondurub.
APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlama verib.
Onun sözlərinə görə, bu addım “iqtisadi təzyiq” kampaniyası çərçivəsində həyata keçirilir və məqsəd Tehranın maliyyə resurslarına çıxışını məhdudlaşdırmaqdır.
Nazir bildirib ki, ABŞ İrana aid maliyyə axınlarını izləməyə davam edəcək və ölkənin vəsaitləri xaricə çıxarmaq cəhdlərinin qarşısını almaq üçün əlavə tədbirlər görəcək.