RU

Bakıda bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir

Paytaxtın Səməd Vurğun və Rəşid Behbudov küçələri, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında (şəhər istiqaməti) 24-27 aprel tarixlərində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bəzi marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
SİA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Səməd Vurğun küçəsindən keçən 61 nömrəli marşrut Azadlıq prospektilə, 88A nömrəli marşrut isə Rəşid Behbudov və Salatın Əsgərova küçələrilə; Rəşid Behbudov küçəsindən keçən 4 nömrəli marşrut Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsilə, 5, 20, 61, 88 nömrəli marşrutlar isə Xaqani, Puşkin və Füzuli küçələrilə; Heydər Əliyev prospektinin əsas yolundan keçən H1 nömrəli marşrut kənar yolla hərəkət edəcək.

Həmçinin, qismən məhdudlaşdırılması nəzərdə tutulan Heydər Əliyev prospektinin kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların intervallarında artım ola bilər.

Mətləb Salahov

Избранный
29
37
sia.az

10Источники