RU

Britaniya SEPAH-ı qadağan olunmuş təşkilat kimi tanımaq niyyətindədir

Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsinə imkan yaradan qanun layihəsini parlamentin müzakirəsinə çıxarmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "The Jewish Chronicle" nəşri ilə söhbətində bildirib.

"Söhbət düşmən dövlət strukturları və onların qadağan edilməsindən gedəndə zəruri addımların həyata keçirilməsi üçün bizə qanunvericilik bazası tələb olunur. Biz müvafiq qanun layihəsini ən qısa müddətdə təqdim edəcəyik. Yaxın həftələrdə növbəti parlament sessiyası başlayır və biz bu sənədi müzakirəyə göndərəcəyik", - hökumət başçısı bildirib.

Yanvarın 29-da Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində Aİ ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin SEPAH-ı terror təşkilatı kimi təsnif edərək həlledici addım atdıqları barədə bəyanat dərc edib. Bu qərar avtomatik olaraq İranın "Cavab tədbirləri haqqında" qanununun 7-ci bəndini işə salıb və ona uyğun olaraq Tehran, öz növbəsində, Aİ-yə üzv dövlətlərin silahlı qüvvələrini terrorçu strukturlar kimi tanıyıb.

Избранный
31
1
far.az

3Источники