RU

ABŞ Rusiya neftinə sanksiya güzəştini uzatmayacaq

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Rusiya nefti ilə bağlı tətbiq olunan müvəqqəti sanksiya güzəştlərini uzatmağı planlaşdırmır.

O, “Associated Press” agentliyinə müsahibəsində qeyd edib ki, artıq dənizdə olan və əvvəlki icazə çərçivəsində daşınan neft həcmi demək olar ki, tükənib və yeni güzəşt üçün əsas yoxdur.

Nazir əlavə edib ki, İranla bağlı da oxşar addım gözlənilmir. Onun sözlərinə görə, ABŞ İrana qarşı sərt xətti davam etdirir və bu ölkədən neft ixracı faktiki olaraq bloklanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
21
apa.az

10Источники