RU

SEPAH “tutmuşam” deyir, sahibi isə “tutulmayıb” - O gəmi haradadır?

SEPAH-ın “Epaminondas” gəmisini niyə saxladığı açıqlanıb.

Musavat.com xəbər verir ki, Tasnim agentliyi gəminin ABŞ hərbçiləri tərəfindən istifadə olunduğunu iddia edib.

Agentliyin məlumatına görə, Liberiya bayrağı altında üzən gəmi son altı ay ərzində dəfələrlə ABŞ limanlarına daxil olub və SEPAH tərəfindən "çoxsaylı dəniz qanun pozuntularına görə" saxlanılıb.

Gəmi izləmə xidməti MarineTraffic-in məlumatına görə, Epaminondas gəmisinin yeri iki gündən çoxdur ki, yenilənmir. Gəmi sonuncu dəfə İranın Kohestak şəhərinin qərbində, Oman körfəzində yerləşirdi.

Daha əvvəl Yunanıstanın "Kathimerini" qəzeti Danimarkanın Maersk şirkəti tərəfindən idarə olunan və Yunanıstan gəmi sahibi Corc Yourokosun "Technomar" qrupu tərəfindən icarəyə götürülən "Epaminondas" konteyner gəmisinin İran suları yaxınlığında üzərkən atəşə tutulduğunu bildirmişdi. Liberiya bayrağı altında üzən gəminin heyəti 21 dənizçidən ibarətdir və onların hamısı Ukrayna və Filippin vətəndaşlarıdır. Yunanıstanın Gəmiçilik və Ada İşləri Nazirliyi gəminin qaçırılmadığını, İran sahillərində hərəkətsiz  və kapitanının komandanlığı altında olduğunu bildirib. SEPAH Hərbi Dəniz Qüvvələri öz növbəsində "dəniz təhlükəsizliyini təhdid edən, lazımi icazələri olmayan və naviqasiya sistemlərinə müdaxilə edən" iki gəminin, o cümlədən "Epaminondas" gəmisinin ələ keçirildiyini bildirib.

Musavat.com

Избранный
49
39
musavat.com

10Источники