RU

Çin maşınlarına maraq niyə azalıb? Ekspert

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ölkəmizdə 4 il ərzində hibrid və elektromobillərin rüsumdan azad olunması həm sahibkarlar, həm də vətəndaşlar üçün əlverişli şərait yaratdı. Bu dövrdə həm də Çindən çoxlu sayda avtomobil idxal edildi və bazarda təklif tələbi üstələdi. Sonradan güzəştlər başa çatdı, qanunvericilik dəyişdi və idxal əvvəlki qədər sərfəli olmadı. Hazırda bazarda Çin istehsalı avtomobillər kifayət qədərdir. Marağın azaldığını deməzdim – hər avtomobilin öz alıcısı var. Burada əsas rol qiymət və seqmentə aiddir.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil bazarında son tendensiyalar haqqında danışarkən deyib.

Ekspert bildirib ki, statistikaya görə, Çindən idxal olunan avtomobillərin sayında əvvəlki illərlə müqayisədə fərq var:

“Yaponiya istehsalı avtomobillər isə ölkədə populyarlığını qoruyur. Bu, əsasən rəsmi diler şəbəkəsi, servis və ehtiyat hissələrinin əlçatanlığı ilə bağlıdır. “Toyota”, “Mazda” və “Nissan” etibarlılığı ilə seçilir və ikinci əl bazarında dəyərini daha az itirir.

Çin avtomobillərində qiymət artımı əsasən yeni idxal olunan modellərdə müşahidə olunur, 2024–2025-ci illərdə gətirilənlər isə hazırda daha münasib qiymətə təklif edilir.

Çin markaları Azərbaycan bazarında dominant deyil. Bazar müxtəlif markalar arasında bölünüb və hər birinin öz payı var”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
3
axar.az

4Источники