Bakı. Trend:
Qanun pozuntusunu gizlətmək istəyən sürücünün narkotik vasitənintəsiri altında olduğu müəyyən edilib.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumatverilib.
Bildirilib ki, aprelin 22-si saat 13:00 radələrində Bakı-Qubayolunun 129-cu kilometrliyində “DAF” markalı, 19 BX 609 dövlətqeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahiroğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinəyaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsinitəhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkətiştirakçıları üçün təhlükə yaradıb.
Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraqbu vəziyyətdə hərəkətini davam etdirib.
Həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunub vənəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindənsaxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıqolduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüquqununolmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənintəsiri altında idarə etdiyi müəyyən edilib.
Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallarməhkəməyə göndərilib, məhkəmənin qərarı ilə A.Şivəxanov 30 günmüddətində inzibati qaydada həbs edilib.