RU

Körpə uşağa 4 il dayəlik etdiyi evi taladı

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

45 yaşlı Lalə 4 il dayəlik etdiyi evdən oğurluq etməyə görə cinayət məsuliyyətinə cəlb olunub.

Bizimyol.info xəbər verir ki, o, Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cəzalandırılıb.

Lalə Sabunçu rayonu ərazisindəki evlərdən birində Ülkər adlı qadının körpə uşağına 4 il dayəlik edib. İttihama əsasən, evdən oğurluq isə 2024-2025-ci illərdə olub. Müxtəlif vaxtlarda üzüklər, sırğalar, qızıl və brilyant dəstlər, qolbaqlar, boyunbağılar oğurlanıb. Oğurlanan əşyalar ümumilikdə 11 min 729 manat dəyərləndirilib.

Lalə məhkəmədə ifadə verərkən özünü təqsirli bildiyini deyib. O bildirib ki, oğurladığı qızıl-zinyət əşyalarının heç birini satmayıb, özündə saxlayıb.

Günlərin birində Ülkər artıq dayəyə ehtiyac duymadığını deyib. Ondan sonra artıq uşağa baxmağa getməsə də, arabir o evə təmizlik işləri üçün gedib-gəlib.

Zərərçəkmişin sözlərinə görə, əvvəl də qızıl-zinət əşyaları itəndə Lalədən şübhələnmişdi, lakin əlində heç bir sübutu olmadığına görə nə ona, nə də bir başqasına bu barədə heç nə deməmişdi. Lakin Lalə təmizlik işləri üçün gəlib-gedəndən sonra yenə də evdən hansısa əşya itib. Bundan sonra şübhələri daha da artıb. Günlərin birində Lalənin Whatsapp paylaşımında onun üzərində öz zinət əşyasını görüb və tanıyıb. Həmin fotonu özündə saxlayıb. Bir gün Lalə onlara gələndə ondan oğurlanmış qızılları geri qaytarmasını tələb edib. Lakin Lalə bildirib ki, heç nə oğurlamayıb. Ülkər israrla əşyalarının geri qaytarılmasını tələb edib. Fotonu da ona göstərib. Lalə inkar etdiyinə görə aralarında mübahisə yaranıb. Bu səbəbdən o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib.

Zərərçəkmiş məhkəməyə Lalədən şikayətçi olmaması, onunla barışması və dəymiş ziyanın ödənilməsi barədə ərizə təqdim edib.

Məhkəmə də zərərçəkmişin şikayətçi olmamasını, özünün ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərin ödənilməsini və s. yüngülləşdirici halları nəzərə alıb. Hökmə əsasən, təqsirləndirilən şəxsə 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddətdə axşam saat 23:00-dan səhər saat 07:00-a qədər o, yaşadığı evdən çıxmamalıdır. Bir il ərzində üzərində elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirməlidir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
bizimyol.info

1Источники