Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanovanın anım günüdür.
AzNews.az xəbər verir ki, Elmira Süleymanovanın vəfatından iki il ötür.
O, 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. Elmira Süleymanova 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.
O, 2002-2019-cu illərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsini tutub. Elmira Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.