ain.az, Footbal-plus saytına istinadən bildirir.
Türkiyəli futbolsevərlərə yaxşı tanış olan Maykl Eneramodan üzücü xəbər gəlib. "Football-plus.az" xəbər verir ki, sabiq nigeriyalı futbolçu 40 yaşında ürək tutmasından dünyasını dəyişib. Eneramo Türkiyədə ''Sivasspor'', ''Beşiktaş'', ''Karabükspor'', ''İstanbul BŞ'' və ''Manisaspor''un şərəfini qorumuşdur. O, karyerasını 2018-də Şimali Kiprdə başa vurmuşdu. Eneramo Nigeriya yığmasında 10 oyuna çıxaraq 3 qol vurmuşdu. Onun ürəklə bağlı problemi hələ 2013-cü ildə ''Sivasspor''dan ''Beşiktaş''a transfer olunarkən aşkarlanmışdı. Həmin vaxt İstanbul nəhəngi futbolçunun ürək döyüntülərinin ritmində problem olduğunu müəyyənləşdirmişdi. Transfer sonda baş tutsa da, Eneramo ''ağ-qaralar''da məhz bu səbəb üzündən çox şans qazanmadı. O dönəmdə Eneramonun ürək əzələlərinin lazımi dərəcədə çalışmadığı, damarlarında problem yarandığı məlum olmuşdu. Bu problem onun dizində də özünü biruzə verirdi. Hazırda 1-ci liqada çıxış edən ''Sivasspor'' bu futbolçunun ölümü ilə bağlı başsağlığı mesajı paylaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.