RU

Evliliyə mane olan xəstəlik: Nikahdan əvvəl bilinməsi vacib fakt AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Talassemiya daşıyıcılarının evliliyinə qadağa qoyulması deyil, onların məlumatlandırılması daha doğrudur"

Evlilik öncəsi tibbi müayinələr çərçivəsində talassemiya daşıyıcılığının aşkarlanması cəmiyyətdə bir sıra suallar doğurur. Bəs, bu hal evliliyə hüquqi və ya tibbi baxımdan maneə sayılırmı və hər iki tərəfin daşıyıcı olduğu hallarda hansı risklər nəzərə alınmalıdır?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, hər iki tərəf talassemiya daşıyıcısı olduqda, uşaqda talassemiya xəstəliyinin yaranma riski 25% təşkil edir. "Eyni zamanda daşıyıcılığın növbəti nəsillərə ötürülməsi ehtimalı da realdır. Bu baxımdan nikahdan əvvəl müayinələrin aparılması və hər iki tərəfin bu barədə məlumatlandırılması vacibdir. Talassemiyalı uşağın doğulmasının qarşısını almaq üçün hamiləlik dövründə mütəmadi tibbi nəzarət həyata keçirilməlidir. Xüsusilə ultrasəs müayinəsi və digər prenatal diaqnostik üsullarla vəziyyət izlənməli, ilkin risk əlamətləri aşkar olunduqda vaxtında tibbi qərarlar verilməlidir".Ekspert bildirib ki, talassemiya daşıyıcısı olan şəxslərin evliliyinə qadağa qoyulması deyil, onların məlumatlandırılması daha doğru yanaşma hesab olunur. "Qərarı yenə də tərəflər özləri verir. Əgər evlilik baş tutursa, bu zaman hamiləlik xüsusi nəzarət altında saxlanmalı və xəstə uşağın doğulmasının qarşısını almaq üçün mövcud tibbi mexanizmlərdən istifadə edilməlidir. Hazırda bu sahədə bir çox ölkələrdə effektiv nəzarət və profilaktika tədbirləri tətbiq olunur. Azərbaycan, Türkiyə və Orta Asiya regionu talassemiya daşıyıcılığının daha geniş yayıldığı ərazilər hesab olunur. Bu xəstəlik genetik xarakter daşıdığı üçün tam qarşısını almaq mümkün deyil, lakin düzgün maarifləndirmə, müayinələr və tibbi nəzarət vasitəsilə talassemiyalı uşaqların doğulmasının qarşısını almaq mümkündür".Qeyd edək ki, 2026-cı ildə nikah bağlamaq üçün müraciət edən və müvafiq olaraq analizlər götürülən 745 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Hazırda ölkəmizdə 3 190 nəfər talassemiya xəstəsinin rəsmi qeydiyyatda olduğu bildirilir. Pasiyentlər tam şəkildə dövlət hesabına müalicə və dərman preparatları ilə təmin olunurlar.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
demokrat.az

1Источники