RU

İranda beynəlxalq uçuşlar bərpa olunur

BAKI, TurkicWorld

İran paytaxtı Tehrandan beynəlxalq uçuşlar uzun fasilədən sonra bərpa olunur.

TurkicWorld xəbər verir ki, İmam Xomeyni Beynəlxalq Hava Limanı tərəfindən yayılan açıqlamada ilk mərhələdə İstanbul, Mədinə və Maskat istiqamətlərinə reyslərin həyata keçiriləcəyi bildirilib.

Qeyd olunub ki, uçuş proqramı İran Mülki Aviasiya Təşkilatı tərəfindən veriləcək icazələrə uyğun olaraq mərhələli şəkildə genişləndiriləcək.

Xatırladaq ki, İran hava limanları fevralın 28-də ABŞ və İsrailin hücumlarından sonra başlayan hərbi gərginlik səbəbilə bağlanmışdı. Təxminən 40 gün davam edən qarşıdurmadan sonra hava nəqliyyatının yenidən bərpası barədə qərar qəbul edilib.

Избранный
30
turkic.world

1Источники