RU

Şirvanda qanunsuz çətənə əkini: iki nəfər həbs edilib (VİDEO)

Şirvanda çətənə kolları yetişdirən iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən (DİN) Olaylara verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.

Əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.

Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
1
14
olaylar.az

10Источники