Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonu ərazisində "BYD" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R. Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.