RU

İran ABŞ-nin təklifinə yazılı cavabı İslamabadda təqdim edəcək



"İsrail Hayom" qəzetinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçının İslamabadda keçiriləcək görüş zamanı ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkofa Vaşinqtonun razılaşma təklifinə İranın rəsmi yazılı cavabını təqdim etməsi gözlənilir. Məlumata görə, bu yazılı cavab Tehranın ABŞ tərəfindən irəli sürülən iki əsas şərtə münasibətini əhatə edəcək. Bunlar zənginləşdirilmiş uranın təhvil verilməsi və İranın ballistik raket proqramının dayandırılması tələbləridir.
Избранный
18
baki-xeber.com

1Источники