RU

Sərxan Hacıyev: Əvəzedicilər Liqasının ləğvi gündəmdədir

BAKI, 25 aprel. TELEQRAF

“Komanda 13 aprel tarixindən hazırlığa başlayıb, sabah son gündür. Təlim-məşq toplanışı zamanı 2 futbolçumuz zədələnsi, əvəzinə yeni oyunçular dəvət olundu".

Teleqraf xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə təlim-məşq toplanışı zamanı jurnalistlərə açıqlamasında deyib.

O, təlim-məşq toplanışının gələcək hazırlıq üçün faydalı olacağını vurğulayıb:

"Gələn toplanış da mayın sonlarından iyununun əvvəlinə qədər Qəbələdə olacaq. İlk toplanışımız futbolçuları tanımaq xarakterli təşkil olunmuşdu. İkincidə yoldaşlıq oyunları da planlaşdırılır".

Hacıyev dünya çempionatına hazırlıqların davam etdiyini bildirib:

"FIFA birbaşa prosesurlara rəhbərlik edir, həm də Özbəkistanlı həmkarlarla da əlaqədəyik. Hazırda onu deyə bilərik ki, DÇ-2027-ci il sentyabr-oktyabr aylarında baş tutacaq. Yaxın vaxtlarda püşkatma keçiriləcək".

AFFA rəsmisi Əvəzedicilər Liqasının ləğvi barədə də danışıb:

"Komanda hazırda bir ayda iki həftə toplanış keçirir. Burada sual yarana bilər ki, komandadakı bəzi futbolçular əvəzedicilərdə çıxış edir. Biz PFL-lə danışıq apardıqdan sonra çempionat təxirə salındı. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Ləğv edilməsə də format dəyişikliyi olacaq".

Избранный
54
teleqraf.com

1Источники