RU

Premyer Liqanın 29-cu turu başlayır

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura startveriləcək.

Trend xəbərverir ki, günün ilk oyununda "İmişli" "Sumqayıt"ı qəbul edəcək.

Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat16:00-da başlayacaq. Qonaqlar 35 xalla 7-ci, nominal meydansahibləri isə 29 xalla 9-cu yerdədir.

Günün son görüşündə "Qəbələ" "Araz-Naxçıvan"la üz-üzəgələcək.

Matç saat 18:30-da start götürəcək. Naxçıvan klubu 39 xalla6-cı, "Qəbələ" isə 19 xalla 11-ci yerdədir.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.

Избранный
66
az.trend.az

1Источники